"Real"ın baş məşqçisi Karlo Ançelotti Londona gedib.
Offsideplus.az xəbər verir ki, bu barədə "kral klubu"nun rəsmi saytı məlumat yayıb. Onun son koronavirus testi neqativ çıxdığı üçün İngiltərəyə gedib.
Beləliklə, o, bu gün "Çelsi" ilə Çempionlar Liqa qarşılaşmasında komandasının yanında olacaq.
Qeyd edək ki, "Çelsi" - "Real" oyunu Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.