UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyunlarına start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Nəticələr əsasən, "Legiya", "Malmö", "Dinamo" (Zaqreb) və "Ferensvaroş" növbəti mərhələyə yüksəlib.

Azərbaycan çempionu “Neftçi”nin “Olimpiakos”la (Yunanıstan) görüşü daxil olmaqla daha 9 qarşılaşma isə iyulun 28-i olacaq.