"Mançester Siti" klubunun prezidenti Şeyx Mənsur ibn Zeyd Əl Nayyan komandanın azarkeşlərinə Çempionlar Liqasının finalında "Çelsi" ilə matçı izləmək üçün dəstək olacaq.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər"in sahibi komandanın rəsmi fan klubunun bir neçə min üzvünə səfərə getmək üçün sponsorluq edəcək.
Qeyd edək ki, ÇL-in finalı Portu şəhərində keçiriləcək.