"Barselona"nın baş məqşçisi Ronald Kuman PSJ ilə oyundan (1:1) sonra mətbuat konfransı keçirib.
Offsideplus.az xəbər verir ki, komandası UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşan 57 yaşlı mütəxəssis matçın ardından açıqlama verib:
"PSJ-yə qarşı oyundan sonra yaxşı hisslər keçiririk. Bəli, mübarizədən kənarlaşdırıldıq və buna görə üzüldük. Ancaq "Barselona" cavab matçında PSJ-yə çətin anlar yaratdı. İlk hissədə rəqibdən üstün idik. Daha çoxuna layiq idik. Hesab ən azı 2:1 bizim xeyirimizə olmalı idi. O zaman ikinci hissə fərqli olardı. Rəqib ilk matçda yaxşı oynadı, amma biz bacarmadıq. Onlar dörd, biz bir qol vurduq. Ancaq ikinci görüşdə komandanın əziyyəti qeyd olunmalıdır. Risk etdik, təzyiq göstərdik, üstünlük təşkil etdik və kifayət qədər şans yaratdıq. Bu oyunda öz səviyyəmizi göstərdik və belə də davam etməliyik. Bəzən bəxtimiz gətirmirdi və PSJ-nin qapıçısı Keylor Navas meydanda ən yaxşı idi. Şansımız var idi, ancaq bundan istifadə edə bilmədik".
Niderlandlı mütəxəssis Lionel Messinin gələcəyi ilə bağlı danışıb: "Çox təəssüf ki, Messi və Ronaldo 1/4 finala çıxa bilmədi. Ancaq Lionelin özü gələcəyi ilə bağlı vəziyyətə qərar verməlidir, buna heç kim kömək etməyəcək. Artıq indi komandanın düzgün istiqamətdə getdiyini görürük. Etdiyimiz dəyişiklikləri və inkişaf edən gənc futbolçu sayını nəzərə alsaq, heç kim bu komandanın gələcəyinə şübhə edə bilməz. Prezidentimiz də daxil olmaqla hamı bizimlə fəxr edə bilər".