Çempionlar Liqası finalında qarşılaşacaq “Bavariya”PSJ oyunçularının ümumi dəyəri 1,7 milyard avro civarında ölçülür.

Offsideplus.az xəbər verir ki, PSJ-nin təxmini transfer qiyməti 801,45 milyon, “Bavariya”nın isə 928, 55 milyon avro hesab olunur.

“Bavariya”nın alman oyunçuları Leroy Sane 80 milyon, Coşua Kimmiç 75 milyon, Serj Qnabri 72 milyon avro satış qiyməti ilə komandanın ən bahalı oyunçuları arasındadır.

“PSJ”nin ulduz oyunçusu Kilian Mbappe 180 milyon avroluq dəyər ilə ilk pillədə yer alarkən, Neymar 128 milyon avroluq dəyərə sahibdir.