Çempionlar Liqasının yarımfinal matçında “Lion”a qalib gələrək finala yüksələn “Bavariya” bir mövsüm ərzində oynadığı bütün matçlarda qalib gələn ilk klub olub.
Offsideplus.az xəbər verir ki, “Olimpik Lion”a 3:0 qalib gələrək “Bayern Münhen” Çempionlar Liqasının final matçında PSJ-yə rəqib oldu və adını 11-ci dəfə finala yazdırdı. “Bavariya” klubu bu göstərici ilə Çempionlar Liqasının tarixinə keçib. Çempionlar Liqasında bu mövsüm 10 oyun keçirən alman klubu oynadığı bütün matçlarda qələbə qazanan ilk və yeganə klub olub.
Qrup mərhələsində “Srvena Zvezda”, “Tottenhem” və “Olimpiakos”la B qrupunda yer alan “Bavariya” 6 matçdan da qalibiyyətlə ayrılıb. 1/8 final matçında “Çelsi” ilə qarşılaşan “Bavariya” 7:1 hesablı qələbə ilə adını 1/4 final mərhələsinə yazdırdı.
Pandemiya səbəbindən tək oyunluq olan ¼ final matçında “Barselona”ya 8:2 hesablı məğlubiyyət yaşadan “Bavariya” yarımfinal matçında “Lion”a 3:0 qalib gəldi.