Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" Şimali Makedoniyanın "Sileks" klubunu qəbul edib. Görüş Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bir oyundan ibarət mərhələnin qalibi II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi

20:00. "Qarabağ" (Azərbaycan) - "Sileks" (Şimali Makedoniya) 4:0

Qol: Xayme Romero, 11. D.Gerye, 40, 51. Mahir Emreli, 80.

Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

Heyətlər:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Donald Gerye, 8. Uroş Matiç, 18. İmayıl İbrahimli, 19. Filip Ozobiç, 9. Xayme Romero, 17. Abdullah Zubir, 11. Mahir Emreli,

Ehtiyat oyunçular: 12. Emil Balayev, 21. Rauf Hüseynli, 30. Abbas Hüseynov, 27. Kvabena Ovusu, 44. Elvin Cəfərquliyev, 71. Toral Bayramov, 99. Ruslan Hacıyev

“Sileks”: 1. Daniel Bojinovski, 5. Srcan Darşkoviç, 6. Xristian Qrozdanoski, 22. Angels Timovski, 26. Daniel Karçeski, 16. Viktor Serafimovski, 17. Burhan Mustafov, 20. Denis Ristov, 7. İvan İvanovski, 14. Pepi Georgiyev, 27. Deyan Tanturovski

Ehtiyat oyunçular: 25. Qoran Traykovski, 8. Boyan Spirkoski, 10. Miloş Jeravitsa, 9. Stefan Curiç, 11. Kristian Kostovski, 23. Filip Kostovski, 28. Andrey Kirovski