UEFA prezidenti Alkesandr Çeferin maraqlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, Sloveniya mətbuatına açıqlama verən Avropanın ali futbol qurumunun rəhbəri Çempionlar Liqası və Avropa Liqası oyunlarının baş tuta bilmək ehtimalı olduğunu bildirib:
"Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) ən gec avqustun 3-də başa çatmalıdır. ÇL-in finalı da bu tarixdə ola bilər. Avrokubok qarşılaşmalarını neytral stadionlarda və 1 oyundan ibarət sistemlə də keçirmək olar. Hələlik "8-lər finalı" və "4-lər finalı" kimi ehtimallar da var. Amma başlamaya da bilər. Səlahiyyətli qurumlar icazə verməsələr, oyunlar olmayacaq. Hər şey ölkələrin verəcəyi qərarlardan asılıdır".