“Yuventus” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Bayer”i məğlub edib - 2:0.
Offsideplus.az xəbər verir ki, həmin qarşılaşma "qoca sinyora"nın qapıçısı Canluici Buffon üçün əlamətdar olub. Belə ki, 41 yaşlı qolkiper Çempionlar Liqasında 51-ci “quru oyun”unu keçirib. O, bu göstəricidə “Mançester Yunayted”in sabiq qapıçısı Edvin Van der Sarı geridə qoyub. Niderlandlı futbolçu ÇL-də 50 “quru oyun” keçirib.
Buffon ən çox “quru oyun” sayında yalnız İker Kasilyasdan geri qalır. İspan qapıçı ÇL-də 57 oyunda “çərçivə”ni toxunulmaz saxlayıb.
Daşqın Əziz