"Bu, ilin oyunudur.
İrəliyə addım atmaq üçün yaxşı şansdır. Ümid edirəm ki, "Real" ən yaxşı futbolçuları ilə maksimum gücünü göstərəcək, biz isə daha yaxşı oynayacağıq. İstərdim ki, görüşün taleyini öz oyunumuz həll etsin".
Offsideplus.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında bu gün "Real"ı qəbul edəcək PSJ klubunun baş məşqçisi Umay Emeri deyib. İspaniyalı mütəxəssis komandadakı bütün futbolçuların matçın məsuliyyətini dərk etdiklərini bildirib:
"Bir futbolçunun olmaması kimlər üçünsə yeni qapılar açır. Meydanda olan, əvəzetmədən oyuna girən bütün futbolçular məsuliyyəti dərk edirlər. Soyuq baş və isti ürəklə oynamalıyıq. Seçim etmək imkanı yaradılsaydı, deyərdim ki, isti ürəklə oynamaq daha vacibdir".
Qeyd edək ki, PSJ - "Real" oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq. Madriddə keçirilən ilk görüşdə fransızlar 1:3 hesabı ilə uduzublar.