Mançester Yunayted” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda öz meydanında PSJ-yə 0:2 hesabıyla məğlub olub.

Offsideplus.az xəbər verir ki, “qırmızı şeytanlar” bu məğlubiyyətlə antirekorda imza atıb.  “Mançester Yunayted” Çempionlar Liqası tarixində ilk dəfə öz meydanında birdən çox top fərqiylə məğlub olub.

PSJ ilə “Mançester Yunayted” arasındakı cavab matçı martın 6-da keçiriləcək.