C qrupunda 3 komandanın Çempionlar Liqasının pley-off mərhələsinə, 4 komadanın isə Avropa Liqasının play-off mərhələsinə düşməsi ehtimalı qalır.

Offsideplus.az  bütün variantları təqdim edir:

- “PSJ” “Çrvena Zvezda”nı səfərdə məğlub etdiyi təqdirdə dəqiq ÇL-in pley-offuna yollanır. Bu halda ikinci pilləni “Liverpul” və “Napoli” bölüşdürməlidilər. Kloppun komandasına qalib gəlib top buraxmamaq lazımdır. Top buraxdığı halda “Liverpul”a 2 və ya daha çox fəqlə qalib gəlmək lazımdır. 2:1 (3:2, 4:3 və s.) şəxsi görüşlərdə italyanlara üstünlük verəcək (onlar Neapolda 1:0 qalib gəliblər). “Liverpul” 1:0 qalib gəldiyi halda isə top fərqi eyni olacağından qrup mərhələsində daha çox qol vuran komanda irəli gedir – “mersisaydlılar” bu amildə daha üstündülər.

- “Napoli”ni heç-heçə və bəzi hallarda məğlubiyyət də irəli aparır. “PSJ” Serbiyada heç-heçə oynasa, “Liverpul” “Napoli”ni məğlub etsə hər şey qarışacaq. Hər üç klubun 9 xalı olacaq və öz aralarında görüşləri saymaq lazım olacaq (“Çrvena Zvezda”nı nəzərə almadan). Bu halda üstünlük “Liverpul”dadır (“PSJ” və “Napoli”yə qarşı 6 xal), “PSJ” isə “Napoli”ni qol fərqinə görə üstələyəcək.

- Daha bir variantda “PSJ” “Çrvena Zvezda”ya, “Napoli” isə “Liverpul”a məğlub olur. Bu halda Kloppu hətta Bakıda görmək şansından da məhrum oluruq.