Azərbaycan birinci divizionunda 22-ci turun oyunlarına start verilib.

Offsideplus.az PFL-in saytına istinadən məlumat verir ki, ilk oyun günündə iki qarşılaşma kecirilib. Turnir cədvəlinin lideri "Qaradağ Lökbatan" bu turda da xal itirib. Komanda səfərdə "Mil-Muğan"la 1:1 hesablı heç-heçəyə razılaşıb. "Şüvəlan" isə "Sabah"a 1:0 hesabı ilə qalib gelib.

5 aprel (cümə axşamı)

"Mil-Muğan” – "Qaradağ Lökbatan” - 1:1 
Qollar:
 Rəşad Orucov, 71 - Ruslan Voronsov, 44
 
"Şüvəlan” – "Sabah” - 1:0
Qol:
 Elnur Səmədov, 82

Qeyd edək ki, bu nəticələrdən sonra "Qaradağ Lökbatan" 44 xalla liderliyini qoruyub. "Şüvəlan" isə yenidən 2-ci pilləyə yüksəlib. Tura sabah yekun vurulacaq.