"Qarabağ"ın yarımmüdafiəçisi Julio Romao Braziliya mətbuatına açıqlama verib.
"Offsideplus.az" xəbər verir ki, "köhlən atlar"ın üzvü Avropa Liqasında mərhələ keçməkləri haqda danışıb:
"Güclü rəqiblərin olduğu qrupda idik və asan olmayacağını bilirdik. Qrupumuzda güclü "Bayer" var idi. Növbəti mərhələyə yüksəlmək üçün çox işləməliydik. Mərhələ adladığımız üçün xoşbəxtik və bir vəzifəni yerinə yetirdik. Lakin bununla bitmir. Növbəti mərhələyə yaxşı hazırlaşmaq üçün qarşıdakı oyunlara diqqət etməliyik.
Romao növbəti mərhələdə Portuqaliya təmsilçilərindən biri ilə qarşılamaq istədiyini söyləyib:
"Portuqaliyadan bir komanda ilə düşmək istəyərdim. Çünki "Qarabağ"a gəlməzdən əvvəl bu ölkədə "Santa Klara"da oynamışam. Kim gəlirsə, hazır olmalıyıq. Yaxşı oyunlar keçirmək istəyirik. Niyə yenidən növbəti mərhələyə yüksəlməyi xəyal etməyək?"


