Azərbaycan Cüdo Federasiyanın əməkdaşları “Kodokan Bakı” Cüdo Klubunda uşaqlarla maarifləndirici görüş keçiriblər.

Offsideplus.az.az xəbər verir ki, məqsəd onlara qısnamanın mahiyyəti, potensial təhlükələri və buna qarşı durmağın zəruriliyi haqqında məlumat verilməsi olub.

Görüşdə iştirak edən uşaqlar “Söz verirəm" sertifikatını imzalayıb, bu isə onların qısnamaya qarşı olduqlarını simvolizə edib.

Qeyd edək ki, kiçik yaşlı idmançılar məlumatlandırıcı bukletlər və qolbaqlar əldə ediblər.