"Bayern Munchen"in baş məşqçisi Yupp Haynkes Çempionlar Liqasının 1/4 finalında "Sevilla"nı 2:1 məğlub etdikləri oyun barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəsis bunları deyib:
"Topu tez-tez itirir və meydanın mərkəzində nəzarəti ələ ala bilımirdik. İkinci hissədə artırdıq. Nəticədə layiq olduğumuz qələbəni qazandıq. Psixoloji nöqteyi-nəzərdən hesabı tez bərabərləşdirmək zəruri idi. Bərabərlik qolunda bəxtimiz gətirdiyini də deməliyəm. Çempionlar Liqasının qalibi olmaq istəyiriksə, oyun baxımından artırmaq lazımdır".