Misli Premyer Liqasında VI tura bu gün start verilib.
Offsideplus.az xəbər verir ki, "Qarabağ" "Azərsun Arena"da "Qəbələ"ni qəbul edib.
Hər iki komanda da ötən həftə böyükhesablı qələbə qazanıb. "Qarabağ" "Araz-Naxçıvan"ı 5:0, "qırmızı-qaralar" isə "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib.
Ağdam təmsilçisi 7 xalla 5-ci, "Qəbələ" isə 4 xalla 10-cudur.
Misli Premyer Liqası, VI tur
26 sentyabr (cümə)
19:00 “Qarabağ” – “Qəbələ” (2:0)
Qol: Abdullah Zubir (16'), Musa Qurbanlı (90+3')
Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Azersun Arena”


