Juventus-un idman direktoru Fabio Paratiki Çempionlar Liqasının favoritinin adını açıqlayıb.

Offsideplus.az  xəbər verir ki, Paratiki İtaliya mətbuatına açıqlamasında bunları deyib:

“Son illərdə iki final oynamışıq, “Real” və “Bavariya”ya son saniyələrdə məğlub olmuşuq. Yüksək səviyyəli komanda olduğumuzu düşünürəm. Bu il ÇL-in ən böyük favoriti bizik. Bunu Avropada oynadığımız yüksək səviyyəli oyunla da sübut edirik”.

Juventus” ÇL-də Manchester United, Young Boys, Valencia ilə bir qrupda mübarizə aparır. Turin təmsilçisi hər 3 matçda qələbə qazanaraq, qrupun vahid lideridir.