Manchester United-in baş məşqçisi Joze Mourinyo komandasının evdə Juventus-a məğlubiyyətinə (0:1) münasibət bildirib.

Offsideplus.az xəbər verir, portuqaliyalı mütəxəssis 0:1 hesablı məğlubiyyəti şərh edərkən rəqibin müdafiə xəttini xüsusi vurğulayıb. O, Corcio Kyellini və Leonardo Bonuççinin sayəsində rəqibə qol vura bilmədikləri qeyd edib: "Oyunun nəticəsini dəyişmək üçün hər şey etdik. Əsas da ikinci hissədə fəal idik. Ancaq rəqibin Kyellini və Bonuççi kimi müdafiəçiləri var. Bu futbolçular Harvard universitetində mərkəz müdafiəçisi necə olmalıdır dərsi keçə bilərlər. Onlar fantastik müdafiəçilərdir".