Çempionlar liqasının üçüncü turunda keçirilən Manchester United-Yuventus matçında (0:1) Joze Mourinyo təhqir edilib.

Offsideplus.az xəbər verir ki, “Qoca sinyora”nın fanatları portuqaliyalının ünvanına uca səslə söyüş yağdırıb: “Mourinyo, sən əclafsan, sən zibilsən”.

Manchester United-in baş məşqçisi 3 barmağını yuxarı qaldıraraq İnter-lə bir mövsümdə 3 böyük mükafat qazandığına işarə edib.

Xatırladaq ki, portuqaliyalı mütəxəssis 2009/10 mövsümündə İnter-də çalışarkən ölkə çempionu və kubokunu qazanıb, həmçinin Çempionlar Liqasının qalibi olub. Milan klubu eyni mövsümdə bu cür nailiyyət əldə edən yeganə İtaliya komandasıdır.