Manchester United-in baş məşqçisi Joze Mourinyo klubun rəsmi saytına açıqlama verib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis açıqlamasında Çempionlar Liqası çərçivəsində bu gün qarşılaşacaqları Juventus-un hücumçusu Kriştiano Ronaldo haqqında da danışıb. Mourinyo Ronaldonun hələ də MY-ni sevdiyini deyib:

“Real-da onunla birlikdə çalışmışam. Mən bilirəm ki, Ronaldo Manchester United-i nə qədər çox sevir. Ancaq bugünkü matçda o, bizə qol vurub, qələbə qazanmaq istəyəcək. Çünki Ronaldo bunu Real-da forma geyinən zaman da etmişdi. Azarkeşlərimiz də Ronaldonu çox sevirlər, onun qərarlarına hörmətlə yanaşırlar. MY azarkeşləri ilə Ronaldo arasında bağlılıq var, ancaq oyun başlayanda Ronaldonun tək düşüncəsi qol vurmaq olacaq. Oyuna yalnız qələbə üçün çıxacağıq. Bunu bacaracağımıza inanırıq”.

Manchester United - Juventus matçı saat 23:00-da başlayacaq.