Sabah Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" "Ludoqorest"in qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, bu gün cavab görüşündən öncə mətbuat konfransı keçirilib. 

“Lüdoqorets”in baş məşqçisi Georgi Dermendjiyev qarşılaşma haqda bunları söyləyib:

"Birmənalı şəkildə deyə bilərəm ki, “Qarabağ” beynəlxalq arenada böyük təcrübəyə malik komandadır. “Bizim heyətimizdə çox sayda futbolçu var və sabah matçı Bernard Tekpetey olmadan keçirməliyik. Onun arzuolunmaz zədəsi var. “Qarabağ”la səfərdəki ilk oyunda futbolçularımı daha yaxından tanıdım. Onlar heç nədən qorxmur və hər görüşdə qol vururlar. Bu, bizim üçün həddən artıq vacib, amma çox da çətin matçdır. Futbolçularımız yaxşı formadadırlar. Hazırda bu matçı düşünürük, “Levski” ilə görüşü sonra fikirləşəcəyik”.

Baş məşqçi “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov barədə də danışıb:

“Qarabağ” hərtərəfli güclü olan Avropa komandasıdır. Mən bu komandanı, tarixini və baş məşqçisini, onun işini bilirəm. O, böyük peşəkardır”.