Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçirilib. Günün ən gözlənilməz nəticəsi Rusiyada qeydə alınıb. Real Madrid CSKA-ya 0:1 hesabı ilə uduzub.

Digər nəticələri sizə təqdim edirik:

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

2 oktyabr

E qrupu

AEK (Yunanıstan) – “Benfika” (Portuqaliya) - 2:3
QOLLAR: Klonaridis, 53; 63; Seferoviç, 6; Qrimaldo, 15; Semedo, 74
Qırmızı vərəqə: Dias, 45 (Benfika)

Afina. Olimpiya İdman Kompleksi. Baş hakim: Orel Qrinfeld (İsrail)

“Bavariya” (Almaniya) - “Ayaks” (Hollandiya) - 1:1
QOLLAR: Hummels, 4;  - Mazraun, 22
Münhen. “Alyans Arena”. Baş hakim: Pavel Kralovets (Çexiya)

F qrupu

“Hoffenhaym” (Almaniya) – “Mançester Siti” (İngiltərə) - 1:2
QOLLAR: Belfodil, 1 - Aquero, 7; Silva, 87

Zinshaym. “Virzol-Reyn-Nekkar Arena”. Baş hakim: Damir Skomina (Sloveniya)

“Lion” (Fransa) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 2:2
QOLLAR: Dembele, 70; Dyubua, 73 - Moraes, 44; 55
Lion. “Qrupama Arena”. Baş hakim: Andris Treymanis (Latviya)


 

G qrupu
 “Roma” (İtaliya) – “Viktoriya” (Çexiya) - 5:0
QOLLAR: Dzeko, 3; 40; 90+2; Under, 64; Kluyvert, 73
Roma. Olimpiya stadionu. Baş hakim: Pavel Raçkovski (Polşa)

MOİK (Moskva, Rusiya) – “Real” (İspaniya) - 1:0
QOL: Vlasiç, 2
Qırmızı vərəqə: Akinfeyev, 90+4

Moskva. “Lujniki” stadionu. Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

H qrupu

“Yuventus” (İtaliya) – “Yanq Boyz” (İsveçrə) - 3:0
QOLLAR: Dibala, 5; 34; 69
Qırmızı vərəqə: Kamara, 78 (Yanq Boyz)

Turin. “Yuventus” stadionu. Baş hakim: Sergey Karasyov (Rusiya)

“Mançester Yunayted” (İngiltərə) – “Valensiya” (İspaniya) - 0:0
Mançester. “Old Trafford” stadionu. Baş hakim: Slavko Vinçiç (Sloveniya)