Dünən Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında "Qarabağ" "Linkoln Red İmps"i darmadağın etdi - 5:0.

Offsideplus.az xəbər verir ki, təmsilçisimiz 3-cü raundda "Ludoqorest"lə qarşılaşacaq.

Rusiya mətbuatı komandamız haqda məlumat yayıb. "Sport Ekspress" nəşri Ağdam təmsilçisinin qələbəsini şərh edib:

"Qurban Qurbanov "Linkoln Red İmps"i Konfrans Liqasının qrup mərhələsindəki iştirakını qabardaraq rəqibi təriflədi. Amma yenə də “Qarabağ” tamam başqa səviyyədir. "Köhlən atlar" Cəbəllütariq təmsilçisinin Çempionlar Liqasındakı çıxışına son qoydu. 2 oyunda 4 qol vuran Juninyo komandasını çiyinlərində daşıdı. Braziliyalı bir həftə əvvəl hesabı açmışdısa, bu dəfə fasilədən əvvəl də het-trik etdi. Üstəlik, ikinci hissənin əvvəlində Juninyoya da Benzya kömək etdi".