Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" "Ludoqorest"lə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, hər iki görüşün başlama vaxtları bəlli olub. 

Bolqarıstan təmsilçisi ilə ilk matç avqustun 6-da keçiriləcək. Tofiqdoq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək.

Səfər oyunu isə avqustun 13-də baş tutacaq. Qarşılaşma 22:00-da start götürəcək.