Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibləri "Ludogorets" (Bolqarıstan) və "Dinamo" (Belarus) qarşılaşıb.

Oyunda meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər. Komandalar arasındakı cavab qarşılaşması 1 həftə sonra keçiriləcək.

Xatırladaq ki, "Qarabağ" mübarizəni Çempionlar Liqasında davam etdirsə, bu cütün qalibi ilə, Avropa Liqasında mübarizə apararsa, məğlub tərəflə qarşılaşacaq.