"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri I təsnifat mərhələsində üz-üzə gəliblər.

Offsideplus.az xəbər verir ki, Maltanın “Hamrun” komandası ilə Cəbəllütariqin “Linkoln” kollektivi qarşılaşıb.

Matç Cəbəllütariq təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, cütün qalibi turnirin II təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq. İlk oyun iyulun 23-ü və ya 24-də səfərdə, cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.