"Real Madrid"in qapıçısı Andrey Lunin Çempionlar Liqasının Dortmund "Borussiya"sı ilə final oyununda oynamaya bilər.

Offsideplus.az xəbər verir ki, bazar ertəsi futbolçu hərarətinin yüksəlməsi səbəbindən məşqi buraxıb.

Komandanın baş məşqçisi Karlo Ançelotti hesab edir ki, qapıçının matça qədər sağalmağa vaxtı olacaq. İspaniya mətbuatı isə Luninin ehtiyatda qalacağını, Tibo Kurtuanın isə meydana çıxacağını yazır.