"Qarabağ" bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Olimpiya" komandası ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş 1:1 hesabı ilə başa çatıb. "Qarabağ" səfərdə keçirilən ilk görüşdə 2:0 hesablı qələbə qazandığından bu nəticə ilə qrup mərhələsinə vəsiqə qazanıb. Beləliklə, Qurban Qurbanovun komandası ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsində çıxış edəcək.
31 avqust
UEFA Avropa Liqası, pley-off mərhələsi
Cavab oyunu
20:00. "Qarabağ" - "Olimpiya" (Sloveniya) 1:1
Qol: Toral Bayramov, 24-pen., Kosta Pinto, 36
İlk oyun - 2:0
Baş hakim: Alexandro Ernandes (İspaniya)
Tofiq Bəhramov adına Respublika stadionu.