"İnter"in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının finalında "Mançester Siti"yə (0:1) məğlubiyyəyi şərh edib.
Offsideplus.az "Football İtalia"ya istinadən xəbər verir ki, mütəxəssis İstanbulda keçirilən görüşdə komandasının oyunundan razı qaldığını bildirib:
"Əla oyun oynadıq və bununla fəxr etməliyik. Nə olarsa... deyə düşünməməliyik, bəli, biz daha çoxuna layiq idik.
Oyunçularımı bir-bir qucaqladım - onlar da bizim azarkeşlər kimi qeyri-adi idilər və hamımız fərqli nəticəyə layiq idik. Amma ümid edirəm ki, azarkeşlər komandanın bu axşam belə oynamasına sevindi.
Matçın son 25 dəqiqəsində baş verənləri hamı gördü. Görünürdü ki, top qapıya daxil olmaq istəmir. Bu, çox təəssüf ki, Çempionlar Liqasının finalında baş verir. Üst tir, topun qapı xəttindən uzaqlaşdırılması, öz komanda yoldaşından bəxtsiz şəkildə dönən zərbə - hər şey var idi.
“Mançester Siti”yə qarşı var gücümüzlə oynadıq və bunu çox yaxşı bacardıq. Bu münasibətlə, oyunun təşkili və əzmkarlığı ilə, düşünürəm ki, gələcəkdə yenidən bu mərhələlərə qayıdacağıq".
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb...
– İndiyədək ardıcıl yeddi oyunda qalib gəlmişdiniz. Məğlubiyyətdən sonra özünüzü necə hiss edirsiniz?
- Qəribə hissdir, öyrəşməliyəm, amma bütün oyunçularımı təbrik etdim. Bir-iki gün gözləməyi xoşladığım üçün matçdan dərhal sonra nadir hallarda danışıram, amma bu gün uşaqlara dedim ki, onlar göstərdikləri oyun ilə fəxr etməlidirlər. Onlar dünyaya “Mançester Siti”yə qarşı nə qədər yaxşı mübarizə apardıqlarını göstərdilər, hər kəsin belə yüksək keyfiyyətə malik olduğunu bildiyi komanda...
Biz daha yaxşısına layiq idik, ancaq "şəhərlilər"ə də hörmət etməliyik. Biz onların son illərdə buna nail olmaq üçün nə qədər çalışdıqlarını bilirik, - deyə “İnter”in baş məşqçisi bildirib.
Fəqan İbrahimli