2022/2023 mövsümü üzrə UEFA Çempionlar Liqasında finalı bu gün baş tutub.

Offsideplus.az xəbər verir ki, həlledici matçda İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" klubları üz-üzə gəlib. Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçirilən görüş "Mançester Siti"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə "şəhərlilər" tarixlərində ilk dəfə ÇL-nin qalibi olublar.

UEFA Çempionlar Liqası, final
10 iyun