Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan bütün iştirakçıların adına aydınlıq gələcək.
Offsideplus.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək. "Real Madrid" İngiltərədə 5:2 hesabı ilə qalib gəldiyi "Liverpul"u qəbul edəcək.
"Napoli" isə "Ayntraxt" (Frankfurt) komandası ilə üz-üzə gələcək (İlk oyun 2:0).
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl Almaniyanın "Bavariya", Portuqaliyanın "Benfika", İngiltərənin "Çelsi" və "Mançester Siti", həmçinin İtaliyanın "Milan" və "İnter" komandaları 1/4 finala vəsiqə qazanıblar.
15 mart
Çempionlar Liqası, 1/8 finalın cavab oyunları