"Liverpul"un ulduzu Mohamed Salah "Reycers"ə 7:1 hesabı ilə qalib gəldikləri matç rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın 76, 80 və 81-ci dəqiqələrdə fərqlənən misirli forvard 6 dəqiqə 12 saniyəyə het-trik etməyi bacarıb. Bu Çempionlar Liqası tarixində ən sürətli het-trikdir. 

Qeyd edək ki, daha öncə ən sürətli het-trikə 2011-ci ildə "Lion"un heyətində "Dinamo"ya qarşı oyunda Bafetimbi Qomis imza atıb (8 dəqiqə).

Salahın het-triki Telegram kanalımızda: https://t.me/offsideplusaz/22137