UEFA Çempionlar Liqasının H qrupu üzrə IV turda "Yuventus" İsraildə "Makkabi"yə uduzub.
Offsideplus.az xəbər verir ki, həftəsonu 0:2 hesabı ilə "Milan"a məğlub olan Turin təmsilçisi eyni hesabla ÇL-də də məğlubiyyətə uğrayıb.
"Makkabi" isə 2002-03 mövsümündən bəri ilk dəfə Çempionlar Liqasında qələbə qazanıb. Hayfa təmsilçisi üçün bu 20 ildə bir ilkdir.