Münhen “Bavariya”sı UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Viktoriya”nı (Plzen, Çexiya) darmadağın edib – 5:0.

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi turnirin qrup mərhələlərində ardıcıl 31 matçdır uduzmur.

Almaniya təmsilçisi sonuncu dəfə 2017-ci ildə “Real”a uduzub – 1:2. Münhenlilər bu oyundan sonra keçirdiyi 31 qarşılaşmada 28 qələbə qazanıb, 3 dəfə heç-heçə edib.