UEFA Çempionlar Liqasının pley-off mərhələsində sabah "Viktoriya" və "Qarabağ" komandaları cavab oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, Plzen təmsilçisinin baş məşqçisi Mixal Bilek oyundan öncə mətbuat konfransı keçirib. 

"Rəqib yaxşı müdafiə olunur, bütün oyunçuları sürət və texnika cəhətdən çox yaxşıdır. Onlara topa nəzarət etməyə imkan verməməliyik. Topu qazanandan sonra cəld davranmalı və qol vurmalıyıq. Bakıda göstərdiyimiz oyunu təkrarlaya bilsək, matçı qazana bilərik".

Qeyd edək ki, "Viktoriya" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.