"Ferentsvaroş"un futbolçusu Balint Veçsey UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"la cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, o, sabahkı görüşlə bağlı bunları deyib:
"Qarabağ" son illərdə uğurlu çıxış edir. Hücumda yaxşı təsir bağışlayırlar. Buna baxmayaraq, zəif tərəfləri də var. Onların bacarıqlı futbolçularının olduğunu bilirik. Qarşılaşma evimizdə olacaq. Bu, böyük üstünlükdür. Matça hazırıq və qələbə qazanmaq istəyirik. "Qarabağ" ön xətdə yaxşı oynasa da, müdafiədə zəif olduqlarını hiss edirəm. Kifayət qədər diqqətli olmalıyıq. Yeni bir görüş olacaq. Digərlərindən fərqlənməlidir. Meydanda hansı komandanın daha dözümlü olacağı bilinəcək. Əsas olan qalib gəlməkdir. Kimin topa nə qədər sahib olmasının əhmiyyəti yoxdur".
Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu saat 22:00-da başlayacaq. İlk matçda tərəflər arasında heç-heçə qeydə alınıb - 1:1.