"Qarabağ" klubunun futbolçusu Maksim Medvedev UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Ferentsvaroş”la cavab görüşünü buraxacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov Macarıstan səfərə yollanarkən jurnalistlərə açıqlamasında deyib. O, kapitanın belindəki ağrılara görə səfər oyununda da iştirak edə bilməyəcəyini bildirib.

Xatırladaq ki, Maksim “Ferentsvaroş”la Bakıdakı matçda da (1:1) iştirak etməmişdi.

Qeyd edək ki, avqustun 9-da keçiriləcək “Ferentsvaroş” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

.