Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Ferentsvaroş" ilə qarşılaşacaq "Qarabağ" sabah Macarıstana yola düşəcək.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Budapeşt şəhərinə aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Sabah saat 18:40-da (Bakı vaxtı ilə 20:40) Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 21:00) matçın keçiriləcəyi "Ferentsvaroş" stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" görüşü avqustun 9-da Bakı vaxtı ilə 22:00-da başlayacaq. İlk oyun 1:1 hesabı ilə başa çatıb.