"Qarabağ" yenə öz gücünü göstərdi. Hətta hesabda önə də keçdik, ancaq oyundankənar vəziyyətə görə qol hesaba alınmadı. İnanıram ki, bunun davamını səfərdəki cavab matçında gətirəcəklər".

 Bu sözləri Offsideplus.az-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu, hazırda "Kəpəz"də çıxış edən Əfran İsmayılov deyib. O, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə Macarıstan "Ferentsvaroş"u ilə 1:1 hesablı heç-heçəyə razılaşdığı matç barədə danışıb.

33 yaşlı vinger "atlılar"ın cavab qarşılaşmasında da layiqli oyun göstərərək qələbə qazanıb, mərhələni keçəcəyinə inandığını söyləyib:

"Rəqib komandanın gücünə bələd idik. Lakin "Qarabağ" 90 dəqiqə ərzində üstün futbol oynadı. Hətta hesabda önə də keçdik. Düşünürəm ki, təmsilçimiz cavab matçında da layiqli oyun göstərib qələbə qazanacaq və mərhələni keçən tərəf olacaq. Qurban Qurbanovun da dediyi kimi, "Ferentsvaroş"la ilk oyun dərindən analiz olunacaq və komandaya müvafiq tapşırıqlar veriləcək".

 Xatırladaq ki, komandalar arasında cavab qarşılaşması avqustun 9-da Budapeştdə keçiriləcək.