"Ferentsvaroş"un kapitanı və qapıçısı Deneş Dibus Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la baş tutan ilk oyundan (1:1) danışıb.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı qolkiper matçın nəticəsinin Ağdam təmsilçisinin xeyrinə bitmə ehtimalını vurğulayıb:
"İkinci hissədə biz daha çox nəticəni qorumağa çalışdıq. Oyun şəraiti ağır, rütubət yüksək idi. Stadion çox gücümüzü aldı. Qarşılaşmada nəticə rəqibin xeyrinə də bitə bilərdi, çünki onların da şansları vardı. Səfərdəki heç-heçədən narazı qala bilmərik. Buraxdığımız qolda bir az bəxtimiz gətirmədi. “Qarabağ”ın yaxşı komanda olduğunu gördük. Bütün bildiklərimiz ikinci oyunda bizə lazım olacaq. Bunu evdə – öz tamaşaçılarımızın qarşısında etmək lazımdır”.