Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” ilk matçından öncə təşkil olunan mətbuat konfransında Macarıstan təmsilçisinin futbolçusu Nuqen Tokmak jurnalistlərin suallarını cavablandırdı.
Offsideplus.az xəbər verir ki, o, əvvəlcə sabahkı oyun barədə fikirlərini bildirib...
- “Qarabağ” çox yaxşı komandadır. Bu mərhələdə zəif rəqib olmur. Yaxşı matç gözləyirəm.
- Baş məşqçiniz məsafənin uzaqlığından şikayətlənmişdi. Sizcə, bu, komandaya necə təsir edə bilər?
- Məncə, hər şey normaldır. Hər iki komanda üçün eyni şərait olacaq.
- “Qarabağ”ın heyətində zədəli və cəzalı oyunçular var. Bunu özünüz üçün üstünlük hesab edirsiz?
- Belə fikirləşmirəm. “Qarabağ”ın yaxşı futbolçuları var. Bu məsələ barəsində məlumatım yoxdur. Hər bir halda, “Qarabağ” çox yaxşı komandadır.