Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.

Offsideplus.az xəbər verir ki, “Qarabağ”ın Çempionlar Liqasın 2-ci təsnifat mərhələsinin cavab görüşündə İsveçrə “Sürix”i ilə qollu heç-heçəsi (2:2) Azərbaycanın aktivinə növbəti 0,125 xalı yazdırıb. Son 5 mövsümdəki çıxışa əsasən Azərbaycan 13,250 xalla mövqeyi dəyişməz olaraq qalır. Siyahıda 29-cu pillədə qərarlaşıb.  Siyahıya isə 88,855 xalla İngiltərə başçılıq edir.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlib. Ağdam təmsilçisi burada Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək.