UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ötən gecə keçirilən cavab oyunlarından sonra qurumun reytinq siyahısında dəyişikliklər olub.

Offsideplus.az xəbər verir ki, "Qarabağ" Bakıda Polşa "Lex"ini məğlub etməklə (5:1) ölkəmizin aktivinə 0,250 xal yazdırıb.

Azərbaycan son 5 mövsüm üzrə xal sayını 12,875-ə çatdırsa da, 29-cu pillədə qalıb.