"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov komandanın zədəli futbolçusu Qara Qarayevin son durumu haqda danışıb.

Offsideplus.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra bununla bağlı deyib: "Konkret fikir bildirmək çətindir. Sabah ikinci dəfə müayinədən keçəcək. Tam ciddi yox, amma bir az problemi ola bilər. Sabah daha dəqiq məlumat vermək olacaq".

Qeyd edək ki, Q.Qarayev zədə səbəbindən "Lex"lə cavab görüşünü buraxıb.