"Qarabağ" klubunun müdafiəçisi Qara Qarayev UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə cavab oyununu buraxa bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qarşılaşma öncəsi keçirilən mətbuat konfransında bildirib:

"Qara Qarayevin meydana çıxması sual altındadır. Bugünkü məşqdə Qara ilə bağlı məsələyə aydınlıq gələcək".

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Bu komandalar arasında Poznandakı ilk oyunda "Qarabağ" 0:1 hesabı ilə uduzub.