Polşa "Lex"inin 2 futbolçusu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ"la oyunları buraxacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Con van den Brom açıqlama verib.
Onun sözlərinə görə, polşalı müdafiəçi Bartoş Salamon zədə, ispaniyalı yarımmüdafiəçi Dani Ramires isə Poznan təmsilçisindən ayrılmaq istədiyi üçün qarşıdakı görüşlərdə meydana çıxmayacaqlar.
Xatırladaq ki, “Qarabağ”la “Lex” arasındakı ilk oyun sabah Poznanda keçiriləcək. Cavab qarşılaşması isə 1 həftə sonra Bakıda baş tutacaq.