“Lex” klubunun kapitanı Mikael İshak UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, isveçli hücumçu "Qarabağ"la görüşün çətin olacağını bildirib:
“Qarabağ”la Çempionlar Liqası oyunları arasında Polşa SuperKuboku matçına da çıxacağıq. Demək olar ki, üç gündən bir çıxış edəcəyik. Bu da çox çətindir. Buna baxmayaraq, bütün oyunlara qələbə qazanmaq, müsbət nəticə əldə etmək üçün çıxacağıq. Həm Çempionlar Liqası, həm də SuperKubok oyunları asan deyil. Ancaq bunun öhdəsindən gələcəyimizə inanıram”.
Xatırladaq ki, sabah Pozdnanda keçiriləcək "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.