UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la "Lex” (Polşa) arasında keçiriləcək cavab oyununun da hakimləri açıqlanıb.
Offsideplus.az xəbər verir ki, matçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
İyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi Endryu Medli olacaq. Ona Daniel Kukla Harri Leonard kömək edəcək. Dördüncü hakim funksiyası Simon Huperə həvalə olunub.
Xatırladaq ki, görüş saat 20:00-da başlayacaq.