“Çətin rəqiblə qarşılaşacağıq. Lakin rəqibimiz keçilməz deyil”.

Offsideplus.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya”nın kapitanı Branko İliç Sloveniya mətbbuatına açıqlamasında deyib.

Püşkü dəyərləndirən təcrübəli müdafiəçi iddialı danışıb:

“Rəqibi məğlub etmək və II mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik. Komandamıza inanırıq. Biz artıq keyfiyyətimizi sübut etmişik. Yaxşı hazırlaşmalıyıq”.